Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qanunsuz heyvan kəsiminə qarşı reydlər başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qanunsuz heyvan kəsiminə qarşı reydlər başladı

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunsuz heyvan kəsimi fəaliyyətlərini dayandırmaq üçün reydlərə başlayıb.

Reklam_3_11

 

Agentlikdən verilən məlumata görə, qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə reydlərə başlayıb.

 

Keçirilən reydlər zamanı qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri xatırladılıb və onlara sonuncu xəbərdarlıq edilib.

 

Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir.

 

Agentlik xəbərdarlıq edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcək.

18.07.2018 14:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ