Beynəlxalq Bankın sifarişilə jurnalistlərə hədiyyələr düzəldiblər
Azərbaycan Beynəlxalq Bankı 22 İyul Milli Mətbuat Gününə özəl Korporativ Sosial Məsuliyyət layihəsini reallaşdırıb.
Aşağıdakı şəkillərdə gördüyünüz bu gənclər 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin məzunlarıdır.
Azərbaycan Beynəlxalq Bankının sifarişi əsasında jurnalistlərimiz üçün məhdud sayda hazırlanan və böyük maraqla qarşılanan rəmzi bayram hədiyyələrini məhz onlar düzəldiblər.
Hədiyyə, müasir kommunikasiyaların yaranması və inkişafı tarixini simvolizə edən, 150 il əvvəl Kristofer Şolts tərəfindən patentləşdirilmiş – dünyanın ilk çap maşınının modelidir.
Zaman, məkan və insanlar arasında kommunikasiyaların qurulmasında heç bir əngəl tanımayan milli mətbuatımıza həsr olunmuş əl işinə bu əməksevər gənclərimizin zəhməti daha bir mənəvi dəyər qatır.
"Layihəmizin reallaşmasına əmək sərf etmiş bu bacarıqlı əllərin sahiblərinə bankımız adından dərin təşəkkürümüzü bildiririk, dəyərli media nümayəndələrini isə qarşıdan gələn Milli Mətbuat günü münasibətilə təbrik edirik",- Bankın məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 53 d. əvvəl
- 53 d. əvvəl
- 58 d. əvvəl
-
1 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
1 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 2 saat əvvəl