Özlərini “əmək müfəttişləri” kimi təqdim edib obyektləri yoxlayırlar - DİQQƏTLİ OLUN!
"Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrı-ayrı şəxslərin özlərini “əmək müfəttişləri” kimi təqdim edərək bəzi sahibkarlıq obyektlərində yoxlamalar aparmaq istəməsi faktları barədə məlumatlar daxil olub".
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda deyilir.
Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarların diqqətinə çatdırır ki, ölkəmizdə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2015-ci ilin noyabr ayından özəl sektora aid müəssisələrdə yoxlamaların aparılması iki il müddətinə dayandırılıb.
"Həmin vaxtdan etibarən Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də özəl sektora aid müəssisələrdə heç bir yoxlama həyata keçirilmir. Hazırda bu və ya digər sahibkarlıq obyektində kiminsə özünü “əmək müfəttişi” kimi təqdim edərək yoxlama aparmaq istəməsi də dələduzluqdan başqa bir şey deyil. Ona görə də sahibkarlardan belə halla qarşılaşdıqları təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı Mərkəzinə dərhal məlumat vermələri xahiş olunur",- Nazirliyin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl