Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Faizlərin yüksək və Dolların güclü olması xoşuma gəlmir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Faizlərin yüksək və Dolların güclü olması xoşuma gəlmir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, CNBC kanalına verdiyi xüsusi müsahibəsində ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmasından narahat olduğunu və məmnun olmadığını deyib.
 

"İqtisadiyyat və birjada nə vaxt yuxarı getsək faizləri yenidən artırmaq istəyirlər. Bu məsələdən məmnun deyiləm",- deyən Donald Tramp, buna baxmayaraq Fed-ə "ən yaxşısını düşündükləri şeyi etmələri" barədə icazə verdiyini bildirib.
 

Fed-in iqtisadi inkişafı ləngidə biləcəyini qeyd edən Tramp, "İqtisadiyyat sahəsində bu qədər gərgin işlədikdən sonra faizlərin yuxarı olması xoşuma gəlmir",- deyib.

 

Onun sözlərinə görə, artan faizlər borc almağı bahalaşdırır, ABŞ iqtisadiyyatının rəqabət qabiliyyətini aşağı salır və ləngidir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Tramp müsahibəsində güclü Dolların ABŞ-ı əlverişsiz vəziyyətə saldığını bildirib və Çinin valyutası Yuanın sərt bir şəkildə düşdüyünü qeyd edib. Güclü pul vahidi, ölkənin ixracını daha bahalı hala gətirir.

 
ABŞ Prezidenti Tramp, özünün seçdiyi və 5 Fevralda Fed sədri kimi vəzifəsinə başlayan Jerome Pauell üçün isə "çox yaxşı bir insan" ifadələrini işlədib.

 
Vətəndaş ikən dilə gətirdiyi məsələləri Prezident olduqdan sonra deməyə davam etdiyini qeyd edən Tramp, "İnsanların nə dediklərinə məhəl qoymuram, çünki fikirlərim dəyişmədi" - şəklində danışıb.
 

Sonra  Ağ Ev tərəfindən verilən açıqlamada Prezidentin Mərkəzi Bankın müstəqilliyinə hörmətlə olduğunu və pul siyasəti qərarına müdaxilə etmədiyi qeyd olunub.

 

Fed Dallas şöbəsinin kşemiş rəhbəri Riçard Fişer CNBC-yə etdiyi açıqlamada, Amerika iqtisadiyyatının ən böyük xüsusiyyətlərindən birinin Mərkəzi Bankın müstəqilliyi olduğunu qeyd edib. Fişer, "Mən Fed sədri Pauellin yerində olsaydım, Prezidenti (Trampı) görməməzliyə vuraraq işimi görərdim. Onun da bunu edəcəyinə əminəm",- deyib.
 

Fed, Trampın vəzifəsinin icrasına başladığı 2017-ci ilin Yanvar ayından  bu günə qədər 5 dəfə faiz artırıb. Bu il 2 dəfə faiz artımış Fedin, ilin sonunadək daha 2 dəfə də faizləri artıracağı gözlənilir.

20.07.2018 07:45

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ