Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bank of Baku” 2018-in 2-ci rübündə də xalis mənfəət əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank of Baku” 2018-in 2-ci rübündə də xalis mənfəət əldə edib

“Bank of Baku” ASC uzun müddətdən sonra 2018-ci ilin birinci yarısını xalis mənfəətlə başa vurub. 

 

“Marja” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanavr-iyun dövründə Bankın xalis mənfəəti 1 milyon 814 min manat təşkil edib.

 

Birinci yarımildə Bankın faiz gəlirləri 20 milyon 834 milyon manat, qeyri-faiz gəlirləri 1 milyon 490 min manat təşkil edib. Eyni zamanda, ötən illər kredit və depozit itkiləri üçün yaradılmış ehtiyatların 25 milyon 12 min manatı azad olub. Cəmi 47 milyon 336 min manat vəsait xərcləri ödəməyə kifayət edib və Bank mənfəətə çıxıb.

 

"Bank of Baku" 2018-ci ilin yanvar-mart dövründə (1-ci rüb) 234 min manat, aprel-iyun dövründə isə 1 milyon 580 min manat xalis mənfəət əldə edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

“Bank of Baku” devalvasiyalardan sonra ehtiyat yaratdığına görə zərər edirdi. Bu ildən başlayaraq ehtiyatların azad olması (gəlirə əlavə olunur) Bankda problemli kreditlərin azaldığına işarədir.

 

Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin 1-ci yarısında "Bank of Baku"nun faiz gəlirləri 32 milyon 198 min manat, qeyri-faiz gəlirləri 150 min manat təşkil etmiş, mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 32 milyon 727 min manat ayrıldığından Bank 26 milyon 41 min manat zərər açıqlamışdı.

 

30 İyun 2018-ci il tarixində “Bank of Baku” 299 milyon 459 min manat cəmi aktivlərə (o cümlədən 186 milyon 497 min manatı müştərilərə verilmiş kreditlər), 261 milyon 712 min manat cəmi öhdəliklərə (o cümlədən 166 milyon 72 min manatı müştərilərin depozitləri) və 37 milyon 746 min manat cəmi balans kapitalına malik olub.

 

31 Dekabr 2017-ci il tarixində “Bank of Baku” 399 milyon 860 min manat cəmi aktivlərə (o cümlədən 197 milyon 694 min manatı müştərilərə verilmiş kreditlər), 363  milyon 272 min maant cəmi öhdəliklərə (o cümlədən 241 milyon 742 min manatı müştərilərin depozitləri) və 36 milyon 587 min manat cəmi balans kapitalına malik idi. 30 İyun 2018-ci il tarixində "Bank of Baku" 24 milyon 537 min manat məcmu kapitala malik olub.

20.07.2018 08:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ