Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Səba” məhsullarını bütün marketlərdən geri yığır" - ALICILARA XƏBƏRDARLIQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səba” məhsullarını bütün marketlərdən geri yığır" - ALICILARA XƏBƏRDARLIQ

“Səba” şirkəti istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq yayıb.

 

Reklam_3_11

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilir ki, satış təmsilçiləri bəzi marketlərdə dondurulmuş toyuq ətinin əmtəə görünüşünün korlandığını müəyyən ediblər.

 

“Marketlərdən əməkdaşlarımıza verilən məlumata görə, elektrik enerjisinin verilməsində yaranmış məhdudiyyətlər bəzi marketlərdə soyuducuların sıradan çıxmasına səbəb olub. Həmin müddətdə anbarlarda və soyuducularda olan dondurulmuş toyuq əti məhsulunun buzu açılmış, daha sonra soyuducular işə düşdükdə isə məhsullar yenidən donmuşdur. Bu hal məhsulun xarab olmasına səbəb olmasa da, əmtəə görünüşünü korlamışdır. Hal-hazırda satış təmsilçilərimiz bu məhsulları bütün marketlərdən geri yığırlar” – məlumatda qeyd edilir.

 

Şirkət bu məhsulların satışa çıxarılmaması və piştaxtalara qoyulmaması barədə marketlərə xəbərdarlıq edib.

 

“İstehlakçılardan xahiş edirik ki, marketlərdə əmtəə görünüşü korlanmış dondurulmuş toyuq əti məhsuluna rast gəldikdə şirkətin satış departamentinə +994512502300 nömrəli telefona zəng vursunlar” -  “Səba” şirkətindən belə bildiriblər.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Qida təhlükəsizliyi zəncirinin bütün halqalarında sağlamlığı qoruyan bir şirkət kimi, bizdən asılı olmayan səbəbdən baş vermiş bu halın müştərilərimizə “Səba” məhsulları qıtlığı yaşatmasına imkan verməyəcəyik. Yığılan məhsulların tez bir zamanda yeniləri ilə əvəzlənməsinə çalışacağıq. Şirkətə dəyən ziyana gəldikdə isə, heç bir maddi zərər bizim müştərilərimizin sağlamlığından əhəmiyyətli ola bilməz – “Səba”da bu fikirdədirlər.

20.07.2018 09:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ