Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Bank Avrasiya”nın xalis mənfəəti 2 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Avrasiya”nın xalis mənfəəti 2 dəfə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Avrasiya” ASC 2018-ci ilin birinci yarısını 4 milyon 645 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki Bank, 2017-ci ilin birinci yarısını 8,9 milyon manat xalis mənfəətlə bağlamışdı (1,9 dəfə azalma).

 

"Marja" Bankın maliyyə hesabatına kistinadən xəbər verir ki, ötən ilin yanvar-iyun dövründə 7 milyon 920 min manat təşkil etmiş cəmi gəlirlər (faiz və qeyri-faiz), cari ilin yanvar-iyun dövründə 6 milyon 675 min manata düşüb. Xərclər çıxıldıqdan sonra 3 milyon 83 min manat əməliyyat mənfəəti olub. Eyni zamanda, ehtiyatlardan azad olmuş 1 milyon 560 min manat  mənfəətə əlavə  edilib. Nəticədə Bankın  xalis mənfəəti  4 milyon 645 min manat təşkil edib.

 

30 İyun 2018-ci il tarixində “Bank Avrasiya” 169 milyon 444 min manat cəmi aktivlərə, 105 milyon 762 min manat cəmi öhdəliklərə və 63 milyon 681 min manat cəmi kapitala malik olub.

 

“Bank Avrasiya” ASC 30 İyun 2017-ci il tarixində 159,8 milyon manat cəmi aktivlərə, 97,8 milyon manat cəmi öhdəliklərə və 61,9 milyon manat cəmi balans kapitalına malik idi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Bank ötən ilin sonunda 151 milyon 223 min manat cəmi aktivlərə, 92 milyon 311 min manat cəmi öhdəliklərə və  58 milyon 912 min manat cəmi kapitala malik idi. 

 

Bankın müştərilərə verdiyi kreditlər 85 milyon 324 min manatdan 90 milyon 827 min manata yüksəlib.

20.07.2018 09:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ