Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Toxumluq əkin sahələrində məhsuldarlıq 35 sentnerdən yüksəkdir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Toxumluq əkin sahələrində məhsuldarlıq 35 sentnerdən yüksəkdir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, respublikada istehsalçı fermerlərin sertifikatlı buğda və arpa toxumlarına olan tələbatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam edir. Ötən ilin payızında 2018-ci ilin toxumluq məhsulu üçün 60 min hektara yaxın sahədə əkin aparılıb.

 

Sort təmizliyi və keyfiyyəti müvafiq standartların tələblərinə cavab verən toxum əldə etmək üçün aprobasiyasına icazə verilmiş 49 min hektar sahənin 82 faizində biçin aparılıb və hazırda biçin davam edir. Toxumluq sahələrdə orta məhsuldarlıq 35 sentnerdən yüksəkdir. Biçini başa çatdırmış toxumçuluq təsərrüfatlarında toxumların təmizlənməsinə başlanılıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Tədarük olunan toxumluq məhsulun təmizlənərək kondisiyaya çatdırılması üçün onun nəmliyi 12%-dən yüksək və təmizliyi 98%-dən aşağı olmamalıdır. Nəmliyi və təmizliyi uyğun olmayan toxumların cücərmə qabiliyyəti və təsərrüfat yararlılığı aşağı olur. Bu səbəbdən də Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumların optimal müddətdə təmizlənərək kondisiyaya çatdırılması üçün yerli qurumların mütəxəssislərinə mütəmadi olaraq toxumçuluq təsərrüfatlarında olması və toxumluq məhsulun dərmanlanması, qablaşdırılması, etiketlənməsi və partiyalarla yığılması haqqında toxum istehsalçılarını təlimatlandırmaq tapşırılıb.

21.07.2018 12:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ