Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Rabitəbank” və "Unibank" zəmanət və subsidiya verilməsi üzrə müvəkkil bank oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank” və "Unibank" zəmanət və subsidiya verilməsi üzrə müvəkkil bank oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Sahibkarların, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının effektiv və yüksək səviyyədə təmin edilməsi üzrə prioritetlərin reallaşdırılması məqsədilə respublikada fəaliyyət göstərən kommersiya banklarının Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun zəmanət və subsidiya alətlərindən istifadəyə cəlb olunmasına təşviq edilməsi tədbirləri davam etdirilir.  

 

Reklam_3_11

Fonddan "Marja"ya daxil olmuş məlumata görə, artıq zəmanət və subsidiya verilməsi üzrə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə müvəkkil qismində əməkdaşlığa daha 2 bank da (Rabitəbank və Unibank) cəlb olunmuş, bununla da müvəkkil bankların sayı 10-a çatmışdır.

 

Beləliklə, hazırda “Paşa Bank” ASC, "Kapital Bank" ASC, “Azərbaycan Sənaye Bankı” ASC, "Ziraat Bank Azərbaycan" ASC, "TuranBank" ASC, "NBCBank" ASC, "Expressbank" ASC, "Muğanbank" ASC, “Rabitəbank” ASC və “UNİBANK Kommersiya Bankı” ASC sahibkarlara xidmət göstərən müvəkkil banklardır.

 

 Azərbaycan Respublikasının ərazisində qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlar zəmanət və subsidiya məhsullarından istifadə etmək məqsədilə yuxarıda adı çəkilən müvəkkil banklara kredit sifarişi ilə müraciət edə bilərlər. Müvəkkil banklar tərəfindən sahibkarların müraciətlərinə obyektiv baxılması və bu mexanizm barədə lazımi informasiyanın verilməsi təmin ediləcəkdir.

 

Eyni zamanda, sahibkarlar zəmanət və subsidiya verilməsi Qaydaları, tələb olunan sənədlər və digər zəruri şərtlər barədə məlumatları daha ətraflı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet səhifəsindən də əldə edə bilərlər (www.mcgf.az).

 

Fond tərəfindən ölkənin kredit bazarına mövcud iqtisadi şərtlər şəratində yeni məhsulların təklif edilməsi, müvəkkil banklar və sahibkarlar arasında risklərin bölüşdürülməsi prinsipləri əsasında kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını genişləndirəcək və maliyyə bazarının canlanması fonunda iqtisadi aktivliyi yüksəldəcəkdir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Sahibkarların yeni alətlərdən istifadəsi real sektorla maliyyə sektoru arasında iqtisadi tarazlığı inkişaf etdirəcək, maliyyə risklərinin bölünməsi mexanizminin tətbiq olunması isə bankların qeyri-neft sektoruna maliyyə axınının gücləndirilməsinə zəmin yaradacaqdır.

23.07.2018 07:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ