Bu gün Dollar/Manat məzənnəsi necə dəyişdi? - GÜNƏ BAXIŞ
ÖDƏNİŞSİZ FOREX SEMİNARINA QATILIN!
-Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 8-nə USD/AZN rəsmi məzənnəsini 1,8252 manat səviyyəsində açıqladı.
-Saat 09:30-dan etibarən banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşməsi müşahidə olundu. Banklar Dolları 1.68-1,75 manat səviyyələrindən almağa başladılar. Bu dolların daha da düşəcəyinə işarə idi.
- Günortadan sonra da banklarda Dolların alış və satış məzənnələri aşağı düşməkdə davam etdi. Bir çox banklar Dolları 1.65 manat səviyyəsindən almağa başladılar. Bir sıra banklarda Dolların satış qiyməti 1.78-1.79 manat səviyyələrinə gerilədi.
-Axşam saat 17:05-də Mərkəzi Bank 09.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8252 səviyyəsində müəyyən olunduğunu açıqladı.
Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirəcəyi valyuta hərracında ABŞ dollarının rəsmi məzənnəsinin bir qədər də azalacağı gözlənilir.
Bank dairələrindən əldə edilən məlumata görə, bu gün, fevralın 8-də banklararası valyuta bazarında ümumilikdə təxminən 2,6 milyon dollar həcmində vəsait satılıb, məzənnə isə 1,7350 AZN/USD səviyyəsinə yaxın olub. Lakin, bu, sabaha olan rəsmi məzənnədə öz əksini tapmayıb.
Bu gün məzənnənin aşağı düşməsinin rəsmi məzənnədə öz əksini tapmamasının səbəbi kimi dolların son günlərdə sürətlə ucuzlaşması göstərilir.
Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmır. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
11 d. əvvəl
Azərbaycan İnvestisiya Şirkətinin 2020-2022 dövrü üzrə xalis mənfəəti açıqlanıb
-
15 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
- 56 d. əvvəl
-
1 saat əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 4 saat əvvəl
- 4 saat əvvəl