Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İkinci ən böyük neft sahəsinə xidmət şirkətinin gəliri artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İkinci ən böyük neft sahəsinə xidmət şirkətinin gəliri artıb

Dünyanın ikinci ən böyük neft sahəsinə xidmət şirkəti "Halliburton", bu ilin ilk rübündə gəlirlərinin artdığını bildirib.
 

"Marja" xəbər verir ki, "Halliburton"dan verilən açıqlamada, şirkətin bu ilin ikinci rübündəki gəlirlərinin keçən ilin eyni dövrü ilə müqayisədə 24 faiz artımla 6,15 milyard dollara çatdığı qeyd edilib. Şirkət, ötən ilin aprel-iyun dövründə 4,96 milyard dollar gəlir əldə etmişdi.
 

Açıqlamada, keçən ilin ikinci rübündə 28 milyon dollar xalis mənfəət əldə edən şirkətin bu ilin eyni dövründə isə 511 milyon dollar xalis mənfəət tutduğu bildirilib.
 

Şirkət, 2017-nin aprel-iyun dövründə bir səhmə 0,03 dollar mənfəət əldə edərkən, bu ilin eyni dövründə bir səhmə 0,58 dollar düşüb.


 
1 GÜNƏ KREDİT ALIN!

 

Açıqlamada fikirlərinə yer verilən "Halliburton"un İcraçı drektoru Jeff Miller, Şimali Amerika bazarının dünya miqyasında ən böyük və ən sürətli böyüyən enerji bazarı olduğuna diqqəti çəkib.
 

Miller, Şimali Amerika bazarında "Halliburton"ın gəlirlərinin bu ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artım göstərdiyini, həmin dövrdə ABŞ-da qazma qurğusu sayının da 16 faiz artdığını qeyd edib.

24.07.2018 06:13

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ