Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Dövlət yollar üçün evləri və torpaqları bu qiymətlərə alacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət yollar üçün evləri və torpaqları bu qiymətlərə alacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda yen salınacaq yollar üçün əhalidən alınacaq torpaq sahələri və obyektlərin qiyməti məlum olub. Nazirlər Kabineti yeni yoların çəkilməsi üçün əhalidən torpaq sahələrinin alınması haqqında iki qərar qəbul edib. Birinci qərara əsasən, Bakı-Quba-Rusiya sərhədi yeni avtomobil yolunun tikintisi üçün layihənin altına düşən torpaqların alınması nəzərdə tutulur. Torpaqların alınması işləri  Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.

 

Reklam_3_11

İkinci qərər isə Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisinə aiddir. Söhbət Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisindən gedir. Nazirlər Kabinetinin qərarına görə, bu yolun altına düşəcək torpaq sahələri və obyektlər də dövlət ehtiyacları üçün alınacaq. Burada da torpaqların alınması işləri  Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib.

 

Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı-Quba-Rusiya sərhədi yolu üçün torpaqlar Bakıdan 45 kilometr sonrakı ərazilərdən başlayaraq alınacaq və Sel kənarından keçərək Qəndob qəsəbəsinə qədər davam edəcək.

 

A.Nəcəfli bildirib ki, bu istiqamətdə yolun keçdiyi ərazidə obyekt və ya ev yoxdur, ona görə də yalnız torpaq sahələri alınacaq. Əhalidən alınacaq torpaqların qiyməti də məlumdur - hər hektar üçün 15 min manat. Mətbuat katibi bildirib ki,  bu qiymət Agentliyin müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilib.

 

Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yola gəldikdə isə ilkin qiymətləndirmələrə görə, burada yolun üstündə azı 23 ev və obyekt var. Bunların alış qiyməti isə hər kvadratmetr üçün maksimum 1020 manat olacaq. A.Nəcəfli bildirib ki, yeni yolun tikintisi başlayıb, onun bir hissəsi Böyük Şor gölünün üzərindən keçir. 

 

TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

© Fed

24.07.2018 08:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ