Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ruhani - Tramp dueli İran rialını kəskin dəyərdən salıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ruhani - Tramp dueli İran rialını kəskin dəyərdən salıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ sanksiyalarının təsiri iləiqtisadi sahədə ciddi sıxıntılar yaşayan İranda, ölkənin pul vahidi Rial tarixinin ən aşağı səviyyəsinə enib. Bir dollar 95 min 400 riala satılıb.



Yalnız son dörd gündə digər valyutalarına qarşı təxminən 10 faiz dəyər itirən rial, dünən 5.5% dəyərdən düşüb. 

 
"Marja" xəbər verir ki, dünən İranda Dollar sərbəst bazarda 95,400 rialı aşaraq tarixi bir rekord qırıb.

 
Mütəxəssislər, dünənki sərt ucuzlaşmanın, Prezident Həsən Ruhani və ABŞ Prezidenti Donald Trump arasında yaşanan söz duelindən qaynaqlandığını bildirirlər. Ətraflı oxuyun: Trampdan Ruhaniyə: Bir daha heç vaxt ABŞ-ı təhdid etmə
 
 
Rial, Qərb ölkələrinin İran ilə imzaladığı nüvə müqaviləsindən çıxacağı şayiələri ilə 2018-ci ilin əvvəlindən  ucuzlaşmağa başlamışdı. 8 Mayda Trampın ABŞ-ın müqavilədən çıxdığını rəsmən açıqlamasından sonra Rialın ucuzlaşması daha da sürətləndi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

2018-ci ilin əvvəlində bir dollar təxminən 43 min riala bərabər idi, dünən isə 95 min 400 riala mübadilə edilib. Beləliklə, bu il dollar İran rialı qarşısında 122% bahalaşıb.


 
 SABİT MƏZƏNNƏ SİYASƏTİ NƏTİCƏ VERMƏDİ
 

Ruhani rəhbərliyi, valyuta məzənnəsindəki hədsiz artım səbəbilə 10 Apreldə dolların məzənnəsini 42 min riala sabitləmişdi və valyuta dəyişmə məntəqələrində alış-satış qadağan edilmişdi. Atılan bu addım uğursuz olub.  Keçən həftə geri addım atılaraq ixracatçı və idxalçıların alış-satış edə biləcəyi ikinci bir valyuta bazarı işə salınmışdı. Bu tədbir də nəticə verməyib, rialın ucuzlaşması davam edir.

24.07.2018 10:31

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ