Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Banklar Assosiasiyasının üzvləri "Xəzərin Sahilində" görüşüblər - FOTOLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar Assosiasiyasının üzvləri "Xəzərin Sahilində" görüşüblər - FOTOLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Banklar Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə (ABA) üzv təşkilatların əməkdaşlarının, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert Qruplarının motivasiyası məqsədilə “Xəzərin sahilində 2018” tədbiri keçirilib.

 

2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli bu tədbir  əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu, həmçinin qarşıda duran hədəflərə çatmaq üçün birliyin önəmini vurğulayan “Uğurlusan-BİRLİKDƏ” adı ilə baş tutub. Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunub. “Zolotaya Korona” ödəmə sisteminin baş sponsorluğu ilə keçirilən tədbirdə 50-yə yaxın yaxın təşkilatdan 150 nəfərdən çox nümayəndə iştirak edib.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Tədbirin tərəfdaşları sırasında “Antaris”, “İncəbelli”, “Zadagan”, “Veysəloğlu”, “Ballı”, “La Aristocratie”, “Andrew's ties” şirkətləri olub.

 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

25.07.2018 11:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ