Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avro ilə bağlı mühüm qərar və açıqlamalar gözlənir - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro ilə bağlı mühüm qərar və açıqlamalar gözlənir - GÜNƏ BAXIŞ

Dünya valyuta birjalarında AB ilə ABŞ arasında ticarət razılaşmalarının gələcəyi və AMB-nin pul-kredit siyasəti fonunda açıqlamaları diqqət mərkəzində.


 

Dünya valyuta birjalarında avronun qiyməti 1.1743$-a kimi bahalaşıb və 1.1750$-ı da yuxarı istiqamətdə qırarsa, 1.1860$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.

 

Bahalaşmaya səbəb Avropa Birliyi (AB) ilə Amerika arasında pozulmaq üzrə olan ticarət münasibətləri fonunda müsbət irəliləyişlərin olmasıdır. AB komissiyasının sədri və ABŞ prezidenti arasında çərşənbə günü baş tutan görüşdə, gələcəkdə əlavə gömrük rüsumların tətbiqinin qarşısını almaq üçün razılaşma əldə edilib. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

Razılaşmanın əldə edilməsi Avropa iqtisadiyyatı üçün müsbət qiymətləndirilir və beləliklə avronun da bahalaşmasının şahidi oluruq. Ölkələr arasında gömrük və digər siyasi maneələrin yaradılması, dövriyyənin azalmasına və nəticədə sənaye və xidmət sektorunda istehsalın azalmasına, işsizliyin isə artmasına təsir edir. Lakin nəzərə almaq lazımdır ki, razılaşmanın gələcəyi fonunda gözləntilər birmənalı deyil və hər an pozula biləcəyi ehtimalları da mövcuddur. 

 

Avropa Bankının açıqlamaları gözlənilir

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:45 və 16:30-da müvafiq olaraq Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı yayımlanacaq və mətbuat konfransı baş tutacaqdır. Mətbuat konfransında verilən açıqlamaların isə maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olacağı gözlənilir.

 

Brent nefti 77$-a kimi də bahalaşa bilər

 

Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiyməti 74.68$-a kimi bahalaşıb və 74.72$-ı da yuxarı istiqamətdə qırarsa, 76.91$-a kimi bahalaşa bilər.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb

26.07.2018 06:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ