Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu bankın sahiblərinin böyük məbləğdə pulları batdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu bankın sahiblərinin böyük məbləğdə pulları batdı

“AG Bank” ASC-nin nizamnamə kapitalı 103 milyon 400 min manat olsa da, səhmdarların bu vəsaitinin 70%-i yığılmış zərər ilə silinib.

 

“Marja” xəbər verir ki,cari ilin birinci yarısındakı 5 milyon 139 min manatlıq zərər daxili, 30 İyun 2018-ci ildə “AG Bank”ın yığılmış xalis zərəri 72 milyon 318 min manat təşkil edib. Yığılmış xalis zərər nizamnamə kapitalın böyük hissəsini sildiyindən Bank minimal tələbdən (50 milyon manat) aşağı – 41 milyon 486 min manat məcmu kapitala malik olub.

 

“AG Bank”ın zərər etməsinin 2 səbəbi var: Problemli kreditlərin artması və Bankın gəlirlərinin xərclərini ödəməməsi.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Belə ki, 30 İyun 2018-ci il tarixinə olan məlumata görə, Bankın müştərilərə verdiyi 263 milyon 612 min manat kreditin 56%-i və ya 148 milyon 149 min manatı problemlidir. Bank kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 40 milyon 560 min manat məqsədli ehtiyat yaradıb. “AG Bank”ın əməliyyat mənfəəti olmadığından, hər ay ödəmə vaxtı keçmiş kreditlərə görə yaradılan ehtiyat Bankın kapitalının azalması ilə nəticələnir.

 

Cari ilin yanvar-iyun dövründəki 23 milyon 774 min manat cəmi gəlirlərə (faiz və qeyri-faiz gəlirləri) qarşı, cəmi xərclər 26 milyon 829 min manat təşkil edib və nəticədə xərclər gəlirləri üstələdiyindən 3 milyon 55 min manat əməliyyat zərəri yaranıb.

 

Qeyd edək ki, “AG Bank”ın gəlirləri azalmaqda davam edir. Bankın faiz gəlirləri 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 21,2% azalaraq 9 milyon 675 min manat təşkil edib. “AG Bank” 2017-ci ilin birinci yarısında 12 milyon 280 min manat faiz gəliri əldə etmişdi. Bankın qeyri-faiz gəlirləri isə 7% azalaraq 14 milyon 99 min manata düşüb. Gəlirlərin azalması bankların qarşılaşdığı növbəti çətinlikdir. Bir neçə bankın kredit bazarında mövqeyini möhkəmləndirməsi və eyni zamanda kreditlərə tələbin azalması ilə bir sıra bank gəlir formalaşdırmaqda çətinlik çəkir.

 

ƏHALİ PULUNU GERİ GÖTÜRÜR

 

Qeyd edək ki, əhali “AG Bank”dan əmanətlərini geri götürür. Belə ki, Bankda fiziki şəxslərin müddətli depozitləri ötən ilin sonu ilə müqayisədə 17,2% azalaraq 101 milyon 596 min manata düşüb. Ötən ilin sonunda bu rəqəm 122 milyon 770 min manat idi.

 

SATIŞA ÇIXARDIĞI SƏHMLƏRİNİ SATA BİLMƏMİŞDİ

 

Bu il “AGBank” ASC nizamnamə kapitalını 7 milyon manat artırmaq üçün satışa çıxardığı yeni səhmlərin 82,86%-ni sata bilməmişdi. Bank kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 3,5 milyon ədəd yeni səhm buraxmışdı. Səhmlərə abunə yazılışı bu il fevralın 26-dan mayın 26-na qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin vasitəçiliyi ilə həyata keçirilmişdi. Prosesin yekunlaşmasından keçən təxminən 1 ay ərzində yeni səhmlərin 600 min ədədi (1,2 milyon manatlıq hissəsi) və yaxud 17,14%-i alınmışdı. Son nəticədə “AGBank” nizamnamə kapitalını istədiyi kimi 6,85% yox, cəmi 1,17% artıra bilmiş və 102,2 milyon manatdan 103,4 milyon manata çatdırmışdı.

 

Xəbər verdiyimiz kimi “AG Bank” maliyyə göstəricilərini açıqlayıb. Ətraflı: “AG Bank” “bataqlıqdan” çıxa bilmir

27.07.2018 06:55

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ