Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“MuğanBank” yenidən böyüməyə başlayıb - ARTIMLAR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MuğanBank” yenidən böyüməyə başlayıb - ARTIMLAR

“MuğanBank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

 

“Marja” xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “MuğanBank”ın faiz gəlirləri 17 milyon 375 min manat, qeyri-faiz gəlirləri isə 6 milyon 147 min manat təşkil edib. 2017-ci ilin eyni dövründə bu gəlirlər müvafiq olaraq 23 milyon 146 min manat və 4 milyon 950 min manat idi. Beləliklə, Bankın qeyri-faiz gəlirləri artıb.

 

“MuğanBank”  ASC kreditlər üzrə ehtiyyatların yaradılmasına 3 milyon 174 min manat ayırdığından cari ilin birinci yarısını 2 milyon 774 min manat zərər ilə bağlayıb. Qeyd edək ki, bir çox bank kimi, “MuğanBank” da ehtiyatlanır, gələcəkdə daha stabil fəaliyyəti üçün gəlirinin bir hissəsini ehtiyata yönəldir. Bu səbəbdən bank zərərdə olur.

 

BANKDAN KREDİT GÖTÜRƏNLƏR ARTIB

 

“MuğanBank”ın müştərilərə verdiyi kreditlər 2018-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 13%-ə yaxın artaraq 370 milyon 363 min manata çatıb. 30 İyun 2017-ci il tarixində Bankın müştərilərə verdiyi kreditlər 328 milyon manat idi.

 

İllik müqayisədə Bankın cəmi aktivləri 407 milyon 473 min manatdan 486 milyon 363 min manata yüksəlib (19,5% artım).

 

Bankda müştəri hesabları 38% artaraq 230 milyon 846 min manata, banklardan və digər maliyyə institutlardan cəlb olunmuş vəsaitlər 8,2% artaraq 181 milyon 713 min manata qalxıb.

 

KAPİTALI TƏLƏBDƏN YÜKSƏKDİR

 

30 İyun 2018-ci il tarixində “MuğöanBank” 66 milyon 242 min manat cəmi balans kapitalına, 68 milyon 71 min manat məcmu kapitala malik olub. Bankın məcmu kapitalı minimal tələbdən (50 milyon manat) yüksəkdir.

27.07.2018 09:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ