Beynəlxalq Bank: Manat vəsaitlərini 20 illik kreditə yönəltmək məntiqsiz qərar olardı
"Uçot dərəcəsi 15% olduğu şəraitdə 10%-lə kredit vermək məntiqsizdir"
Beynəlxalq Bank bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayadırdıqdan sonra, mənzil satışları kəskin aşağı düşüb. Xəbər verdiyimiz ki, tikinti şirkətləri endirimlər və daxili kreditləri ilə yaranmış vəziyyəti az da olsa kompensasiya etməyə çalışırlar.
20 illik ipoteka kreditinin nə vaxt bərpa ediləcəyi tikinti şirkətləri ilə bərabər, alıcıları da maraqlandırır.
Azərbaycan Beynəlxalq Bankından “Marja”nın sorğusuna cavab olaraq bildirildi ki, bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamuddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı (ağılla dərk edilə bilməyən, məntiqə uymayan, məntiqcə izah edilə bilməyən - Red).
Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər. Bankdan o da bildirildi ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.
Qeyd edək ki, tikinti şirkətləri müştərilərinə Beynəlxalq Bankın yaxın günlərdə krediti bərpa edəcəyini bildirirlər. Artıq bir sıra tikinti şirkəti öz Facebook səhifəsində bu barədə müştərilərə cavablar yazırlar.
Qeyd edək ki, Beynəlxalq Bank 20 illik ipoteka kreditini illik 10%-lə təklif edirdi. İlkin ödəniş isə bəzi layihələrdə mövcud deyildi, bəzi layihələrdə isə 10% təşkil edirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 saat əvvəl
-
4 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 4 saat əvvəl
-
5 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 6 saat əvvəl