Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Ərəb ölkələrindən toyuq əti və toyuq yumurtasına sorğular alırıq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Ərəb ölkələrindən toyuq əti və toyuq yumurtasına sorğular alırıq"

Azexport.az portalı “Made in Azerbaijan” brendi məhsullarının ixrac coğrafiyasını genişləndirmək və yerli istehsalçılara yeni potensial müştərilərin tapılmasında dəstək olmaq məqsədi ilə, daha bir neçə beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlayıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata görə, prtal ziyarətçilərinin əsas hissəsini körfəz və okeaniya ölkələri təşkil  edən www.go4worldbusiness.com , Hindistan bazarını əhatə edən www.tradeindia.com , www.indiamart.com və MDB ölkələrində son illərdə aqrar məhsulların satışında ixtisaslaşan www.agrorubo.ru kimi beynəlxalq elektron satış portallarına inteqrasiya edilib.

 

Azexport portalının rəhbəri Zaur Qardaşov bilidirib ki, yeni portallara inteqrasiya ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanları təqdim etmək və “Made in Azerbaijan” məhsulalrının ixrac istiqamətlərinin genişləndirilməsində böyük rol oynayır:

 

“Portallara inteqrasiya olunan ilk günlərdən Hindistandan meyvə tərəvəz məhsullarına və Körfəz ölkələrindən toyuq əti və toyuq yumurtasına sorğular daxil olub. Qeyd olunan portalların ümumi əhatə dairəsi 1.5 milyard istifadəçi təşkil edir.”

 

 Qeyd edək ki, Azexport portalı ilk gündən www.amazon.com, www.alibaba.com, www.all.biz, www.agroserver.ru və digər bu kimi portallarla əməkdaşlıq edir və bunun sayəsində Azərbaycan məhsullarına beynəlxalq bazarlardan bu günə kimi 800 mln. ABŞ dollarından artıq sorğular daxil olub.

 

Portal bundan sonra da əməkdaşlıq edəcəyi portalların siyahısının genişləndirilməsini nəzərdə tutur.

 

27.07.2018 12:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ