Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azexport-a daxil olan ixrac sifarişlərinin dəyəri 50%-ə yaxın artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azexport-a daxil olan ixrac sifarişlərinin dəyəri 50%-ə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub.  

 

Reklam_3_11

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-iyun ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

 

Göstərilib ki, 2018-ci ilin iyun ayı ərzində Azexport.az portalına 34,2  milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

 

Ümumilikdə isə 2018-ci ilin birinci yarısında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 284,4 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb. Bu isə Azexport.az portalının ötən müddətdə dünya miqyasında daha çox tanınmasından qaynaqlanır. Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 iyun tarixinə kimi (18 ay ərzində) Azexport.az portalına dünyanın 96 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon ABŞ dolları təşkil edib.

 

İcmalın iyul sayında Azexport.az portalının yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlaması barədə məlumata da yer verilib.

30.07.2018 10:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ