Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bankın kargüzarlıq şöbəsinə işçi tələb olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bankın kargüzarlıq şöbəsinə işçi tələb olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

AFB Bank Hüquq departamentinin kargüzarlıq şöbəsinin kargüzarı vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Kargüzar


İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

-Ali hüquqi təhsil;

-Müvafiq sahədə 1 il iş təcrübəsi;

-Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər;

-Yüksək səviyyədə Azərbaycan dili biliyi;

-Güclü MS Office – Excel bilikləri;

-Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

-İdarəetmə orqanlarının iclaslarında katiblik edir, protokol və protokoldan çıxarışları hazırlayır;

-İş nomenklaturunun tərtib edilməsində iştirak edir;

-Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;

-Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcümə etdirilməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması üzrə  işləri həyata keçirir;

-Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir;

-Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir;

-Kargüzarlığın aparılmasına dair hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edir.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kargüzarlıq şöbəsinin kargüzarı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

31.07.2018 08:48

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ