Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Altıağac Milli parkında 100 hektar ərazini əhatə edən yanğın söndürülüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Altıağac Milli parkında 100 hektar ərazini əhatə edən yanğın söndürülüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Altıağac Milli parkının ərazisinə keçən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin aviasiya dəstəsinin qüvvələrinin səyləri nəticəsində 30 iyul 2018-ci il tarixində gecə saatlarında söndürülüb.

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir. 

 

Qeyd olub ki ki, yanğının söndürülməsində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları əl əməyindən və mümkün olan bütün vasitələrdən istifadə etməklə xüsusi fədakarlıq göstəriblər. ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə təşəkkür edir. 
 

İlkin hesablamalara əsasən, yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb.
Yanğının baş verməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi, qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Altıağac Milli Parkı tərəfindən müvafiq sənədləşmə işləri aparılıb və hüquq-mühafizə orqanlarına müraciət olunub. 


Xatırladaq ki, 28 iyul 2018-ci il tarixində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçənək  sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçmişdi. 
 

31.07.2018 13:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ