Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Fed faizi dəyişdirmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faizi dəyişdirmədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəz Bankı (Fed) faiz nisbətini, gözlənildiyi kimi 1,75-2,00 faiz aralığında sabit saxlayıb, ancaq faizin mərhələli artırılmasına davam edəcəyinin siqnalını verib.


 

Dünən Fed-in Federal Açıq Bazar Komitəsinin iclası (FOMC) başa çatıb.

 
"Marja" xəbər verir ki, toplantının qərar mətnində, FOMC-ın 8 üzvünün siyasət faizini 1,75-2,00 faiz aralığında sabit saxlamaq qərarını yekdilliklə verdiyi bildirilib.
 

Ölkə iqtisadiyyatının, iyun ayındakı toplantıdan bu yana sağlam sürətlə artmağa və əmək  bazarının güclənməyə davam etdiyi vurğulanan mətndə, həmçinin istehlakçı xərclərinin və investisiyaların da gücünü qoruduğu qeyd edilib.

 

Fed-in inflyasiyaya dair qiymətləndirməsi "Həm ümumi, həm də ərzaq və enerji xarici inflyasiya 2%-ə yaxın qalıb" şəklində dəyişdirilib. Bu cümlə bir əvvəlki toplantının mətnində, "Həm ümumi, həm də ərzaq və enerji xaric inflyasiya 2%-ə yaxınlaşıb",-olaraq verilmişdi.

 
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Digər tərəfdən, qərar mətnində, bir əvvəlki iclasdan sonra olduğu kimi, "Komitə, federal maliyyələşmə nisbətində mərhələli əlavə artımların aparılmasının, iqtisadiyyatın davamlı artması, güclü əmək bazarı şərtləri və 2 faiz simmetrik inflyasiya hədəfilə uyğun olduğunu nəzərdə tutur", -İfadələri istifadə edilib.
 

Analitiklər, ticarət gərginliklərindən qaynaqlanan risklərin artmasına baxmayaraq  bu cümlənin qorunmasının Fed-in 25-26 Sentyabrda keçirəcəyi iclasda faiz artıracağının siqnalı kimi qiymətləndirirlər.

01.08.2018 20:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ