Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

ABŞ-ın ən böyük ikinci bankı 2,1 milyard dollar cərimə ödəyəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-ın ən böyük ikinci bankı 2,1 milyard dollar cərimə ödəyəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada, ABŞ-ın ən böyük ikinci bankı Wells Fargo-nun  ipoteka krediti (RMBS) çərçivəsində təqdim etdiyi kreditlərin keyfiyyətini səhv bəyan etdiyi qeyd edilib. Bildirilib ki, bank nazirliklə razılığa gəlib və 2,09 milyard dollar cərimə ödəməyi qəbul edib.
 

Bankın, təqdim etdiyi ipoteka kreditlərində yanlış gəlir sənədi istifadə etdiyinə diqqət çəkilən açıqlamada, Wells Fargo-nun təqdim etdiyi kreditlərin maliyyə qurumlarını və investorları milyardlarla dollar zərər saldığı vurğulanıb.
 

Açıqlamada fikirlərinə yer verilən Kaliforniyanın Şimal bölgəsi prokurorunun vəkili Alex G. Tse,  ABŞ-da 2007-ci ildə ipoteka  böhranı ilə başlayan və 2008-də ölkənin bütün maliyyə sisteminə təsir edən iqtisadi böhrana işarə edərək, "RMBS-dəki pozuntular, milyonlarla amerikalını məhv edən maliyyə böhrana səbəb oldu" - iaddələrini istifadə edib.
 

Wells Fargo-nin İcraçı direktoru Tim Sloan isə, "RMBS çərçivəsində 10 ildən çox əvvəl baş verən fəaliyyətlərlə bağlı iddiaları geridə qoymaqdan məmnunuq" deyib.
 

Wells Fargo, avtomobil və mənzil kreditləri fəaliyyətlərinin müştərilərinə zərər verdiyi səbəbilə, aprel ayında 1 milyard dollar cərimə ödəməyi qəbul etmişdi.
 

Bundan başqa, Wells Fargo, 2011-dən etibarən 2 milyondan artıq hesabı müştərilərindən icazəsiz və gizli açması səbəbindən keçən il təxminən 200 milyon dollar cəriməyə məhkum edilmişdi. Qalmaqal səbəbindən bank 5 min 300-dən çox həmkarının işinə son verərkən, dövrün İcraçı direktoru John Stumpf  pensiyaya çıxmışdı.

02.08.2018 07:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ