Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

İstehlak kreditlərində artım yavaşlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstehlak kreditlərində artım yavaşlayıb

Bankların ev təsərrüfatlarına ayırdıqları xalis kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər xaric) İyunda da artıb, Lakin May ayı ilə müqayisədə artım yavaşlayıb.

 

Reklam_3_11

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, May ayı ilə müqayisədə İyunda ev təsərrüfatlarına ayırılmış xalis kreditlər (istehlak kreditləri) 24,1 milyon manat artaraq 3 milyard 30,9 milyon manata çatıb. 

 

2018-ci ildə istehlak kreditlərində ən böyük artım May ayında qeydə alınmışdı. İstehlak kreditləri mayda 102,2 milyon manat artaraq 3 milyard 6,8 milyon manata çatmışdı.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN


İyunda ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə cəmi 0,2 milyon manat artaraq 1 milyard 793.3  manata çatıb. Mayda artım 8,3 milyon manat təşkil etmişdi. 

 

Beləliklə, cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 24,3 milyon manat artaraq 4 milyard 824.2 milyon manata yüksəlib.

 

Ötən ilin sonu ilə müqayisədə isə yanvar-iyun aylarında ev təsərrüfatlarına ayırılmış xalis kreditlər 161,7 milyon manat, ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə 56 milyon manat artıb. 6 ayda cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər isə (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 217,7 milyon manat artıb.


May ayının sonu ilə müqayisədə İyunda cəmi kredit qoyuluşları 160,1 milyon manat artaraq 12 milyard 105.6 milyon manata çatıb. Bu artımın 15%-i ev təsərrüfatlarına ayrılmış kreditlərin artması hesabına yaranıb.

 

Mayda cəmi kreditlər 129,7 milyon manat artaraq 11 milyard 945.5 milyon manata çatmışdı.

 

May ayı ilə müqayisədə İyunda ticarət və xidmət sektoruna verilən kreditlər 40,5 milyon manat, inşaat və əmlak sektoruna verilən kreditlər 5,2 milyon manat, nəqliyyat və rabitəyə verilən kreditlər isə 56 milyon manat artıb. Energetika, kimya və təbii ehtiyatlar sektoruna, kənd təsərrüfatı və emal sektoruna, sənaye və istehsal sektoruna verilən kreditlər isə azalıb.

02.08.2018 08:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ