Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Soğan satışında çətinliklə üzləşmişdik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Soğan satışında çətinliklə üzləşmişdik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Heydər Əliyev Fondunun təşəbbüşü ilə yaradılmış “Regional İnkişaf” İctimai Birliyi ilə Səhmdar Cəmiyyətin birgə əməkdaşlığı nəticəsində Ağdamın cəbhəyanı kəndi olan Çəmənlidə sosial aksiya keçirilib.

 

Reklam_3_11

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yaydığı məlumata görə, birinci Qarabağ Mübaribəsi əlili Çingiz Əsədovun sahəsində əkib-yetişdirdiyi soğan məhsulları tarlabaşında tədarük olunub. Kənd sakini bir müddət əvvəl İctimai Birliyin üzvləri rayonda olarkən məhsullarının satışına köməklik göstərilməsini xahiş etmişdi. Hər iki qurum operativ məsləhətləşmə apararaq əlil vətəndaşın müraciətini  müsbət cavablandırmaq haqda qərar qəbul etdilər.

 

Ümumi çəkisi 15 ton olan soğan məhsulları Səhmdar Cəmiyyətin öz nəqliyyat vasitələri ilə real bazar qiymətinə tədarük olunaraq həftəsonu yarmarkalarda satışa çıxarılacaq.

 

1 GÜNƏ KREDİT ALIN!

 

“Bu il məhsuldarlığımız yüksək oldu, rayonda soğan istehsalı bol olduğu üçün satışında çətinliklə üzləşmişdik. Bir az da sahədə qalsa məhsulun böyük hissəsi kəskin istilərin təsiri ilə zay olacaqdı. “Regional İnkişaf” İctimai Birliyin üzvləri rayonumuzda olarkən müraciət etdim, onlarda “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin köməyi ilə mənə böyük köməklik göstərdilər. Hətta məhsullarımı bazar qiymətinə uyğun qiymətə aldılar. Bu addımla məni gələn il daha çox əkməyə ruhlandırdılar. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarına bu qədər sürətli, operativ xidmət göstərən təşkilatlar yaratdığına görə, cəbhə xəttində yerləşən əhaliyə diqqət və qayğısına görə Prezidentimiz İlham Əliyevə təşəkkürümü bildirirəm”- deyə kənd sakini bildirib.   

02.08.2018 11:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ