Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azercell-in sərfəli rominq paketləri artıq 44 ölkə boyu genişləndi!

(®)Bütün abunəçilərini dünyanın istənilən nöqtəsində sərfəli mobil internetlə təmin etməyi qarşısına məqsəd qoyan Azercell Telekom öz vədinə sadiq qalaraq təklif etdiyi internet rominq paketlərinin coğrafiyasını genişləndirir. Artıq Azercell abunəçiləri daha 34 Avropa, ABŞ və dünyanın digər ölkəsində sərfəli mobil internet xidmətlərindən faydalana bilər.

 

Reklam_3_11

Cari ilin iyul ayının əvvəlində Azercell aktiv internet istifadəçiləri üçün səfərdə olduqları zaman yüksək və qeyri-sabit internet xərclərinin qarşısını alacaq yeni İnternet Rominq Paketlərini təqdim etmişdi. Şirkətdən verilmiş rəsmi məlumata əsasən, Azercell abunəçilərinə səyahətləri zamanı sərfəli, sadə və sabit qiymətli internet xidmətlərini təmin etmək məqsədilə tədricən səsli rabitədən mobil internet rabitəsinə keçid davam edir.

 

Dünyanın bir çox ölkəsində xaricə səyahət edən abunəçilərin yüksək və qeyri-sabit qiymətli internet tarifləri səbəbindən rominqdə internet xidmətini qeyri-aktiv etməsi geniş yayılmış bir təcrübədir. Avropa Komissiyası tərəfindən təqdim edilmiş statistikaya əsasən, Azərbaycan vətəndaşlarının demək olar ki, yarısı rominqdə internetdən ümumiyyətlə istifadə etmir. Onların 90%-i internetdən istifadəni elektron poçtu yoxlamaq kimi sadə əməliyyatlarla məhdudlaşdırır, 25%-dən artıq istifadəçi isə xaricdə olarkən smartfonlarını ümumiyyətlə söndürür.

 

Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:

 

-Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)

-Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)

-Sadəlik (sadə və anlaşılan qiymətlər). 

 

Azercell rominq həlləri sahəsində rahat və sərfəli təkliflər təqdim etməkdə davam edir. İndi isə Azercell müştərilərinə cəmi 19.90 manata dünyanın 44 ən çox səfər olunan ölkəsində 14 təqvim günü ərzində istifadə edilə bilən 1GB həcmində rominqdə internet paketini təqdim edir. 

 

Azercell bütün abunəçiləri üçün rominqi daha cəlbedici etməyə çalışır və bu məqsədlə əlverişli həllər təklif etməkdə davam edir ki, yüksək keyfiyyətli mobil internetə çıxış, hətta, xaricdə belə daha münasib olsun.  

 

Ətraflı məlumat üçün internet səhifəmizə daxil ola bilərsiniz: https://www.azercell.com/az/personal/roaming/internetroaming/

 

03.08.2018 12:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ