Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

STAR Neft Emalı Zavoduna ilk xam neft Azərbycandan gətirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
STAR Neft Emalı Zavoduna ilk xam neft Azərbycandan gətirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

     

SOCAR  tərəfindən 6.3 milyard dollarlıq investisya ilə qurulan STAR Neft Emalı Zavoduna 80.000 tonluq ilk xam neft yükü Azərbycandan gətirilib. Fəaliyyətə başlama ərəfəsində olan zavodda açılış tarixinə qədər (oktyabr ayı) sınaq məqsədi ilə emal həyata keçiriləcək.

Reklam_3_11

 

SOCAR Türkiyənin Baş Direktoru (CEO) Zaur Qəhrəmanov bildirib ki, STAR NEZ-ə ilk xam neftin Azərbaycandan gətirilməsi böyük məna ifadə etməkdədir.

 

STAR NEZ, Türkiyədə özəl sektor tərəfindən edilən ən böyük investisiya olmaqdadır və avqust ayı etibarı ilə ilk test emalını həyata keçirməyə başlayıb.

 

STAR NEZ-in fəaliyyətə başlamadan əvvəl ən vacib mərhələlərindən biri sayılan sınaq fəaliyyəti məqsədi ilə 80.000 tonluq ilk xam "Azerilight" nefti 244 metr uzunluğundakı “Abşeron” tankeri ilə gətirilib.  

 

İlk xam neftin  gəlişi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən SOCAR Türkiyənin Baş Direktoru Zaur Qəhrəmanov, bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq zavodun sınaq fəaliyyətinin uğurlu bir şəkildə davam etdiyini qeyd edərək, "STAR  NEZ-in  ilk neftinin "Azerilight" olmağı bizim üçün böyük məna  ifadə etməkdədir” deyə bildirib.

 

"“SOCAR Türkiyə” olaraq, Türkiyənin ən böyük sənaye qrupu olma yolunda hər keçən il sürətlə irəliləyərkən, strateji investisiyalarımızla ölkə iqtisadiyyatına və sənayesinə güç qatmağa davam edəcəyik. Yerli istehsalı artıran, idxalata bağılılığı və cari kəsiri azaldan, yeni iş yerləri yaradan sərmayələrimizi, önümüzdəki illərdə də genişlədəcəyik” dedi. SOCAR-ın strateji böyümə trendləri arasında xarici  bazarlardakı investisyaların genişləndirilməsinin önəmli bir yer tutduğunu qeyd edən Qəhrəmanov bildirib ki, “Dünya enerji bazarında əmin addımlarla irəliləyən SOCAR,  bir çox ölkədə fəaliyyətlərini davam etdirir. Bu ölkələr arasında Türkiyə, bizim  üçün çox önəmli bir yerə sahibdir. SOCAR olaraq  Azərbaycan və Türkiyə iqtisadiyyatlarının inkişafına dəstək verməyə davam edəceyik. Bu çərçivədə Türkiyə dövləti ilə həyata keçirdiyimiz əməkdaşlıq bizim üçün böyük önəm və məna ifadə etməkdədir. Fürsətdən istifadə edərək, Türkiyə və Azərbaycan hökümətlərinə də buradan təşəkkürlərimi bildirirəm”,- Zaur Qəhrəmanov əlavə edib.

 

CARİ KƏSİRİN AZALDILMASINA 1.5 MİLYARD DOLLARLIQ TÖHFƏ

 

STAR NEZ Baş Direktoru Mesut İlter bildirib ki, Avropa, Orta Şərq və Afrikanı əhatə edən,bölgədəki ən böyük neft əməliyyatlarından biri olan STAR NEZ- də fəaliyyətə başlamadan əvvəl ən vacib məqamlardan biri sayılan sınaq fəaliyyəti üçün ilk neftin Azərbaycandan gətirilməsi iki qardaş ölkə arasındakı bu tarixi əməkdaşlığın bir nümunəsdir.

 

 “Müəssisələrimizdə dövriyyə alıma hazırlıqları və sınaq işlərindən sonra ilk testimizi də reallaşdırma mərhələsinə gəldik. Hədəfimiz, STAR NEZ-i planlaşdırdığımız kimi, bu ilin üçüncü rübündə güvənli bir şəkildə tamamlayaraq fəaliyyətə başlamağını təmin etmək eyni zamanda   Azərbaycan vəTürkiyə iqtisadiyyatlarına dəyər qatmaqdır” dedi. STAR NEZ-in iqtisadiyyatın vacib dinamiklərindən  biri olacağını ifadə edən İlter, çıxışına belə davam etdi: “Türkiyəninin ilk Strateji Yatırım Təşviq  Sənədinə sahib olan STAR NEZ, Türkiyədə cari kəsirin azalmağına hər il 1.5 milyard dollarlıq töhvə verəcək. İlk enerjiləndirməyi etdiyimiz 2017-ci ilin avqust ayından bugünə böyük bir əzim və qərarlılıqla fəaliyyət göstəririk. Artıq istehsaldan əvvəl  son mərhələdəyik. Türkiyə və Azərbaycan iqtisadiyyatlarına böyük dəyər qatacaq istehsal əməliyyatına ilk xam  neftin axışıyla başlamış oluruq. Bu, bizim üçün böyük bir qürur qaynağıdır. 4.8 milyon ton dizel yanacağı ve 1.6 milyon ton nafta ilə bərabər ölkəmizdəki cari kəsirin önəmli hissələrindən olan jet yanacağı və LPG kimi neft məhsullarının istehsalını  da reallaşdıracaq olan STAR NEZ ilə Türkiyənin, global enerji bazarında rəqabət gücü də artacaq.”

 

1.100 YENİ İŞ YERİ

 

SOCAR Türkiyənin hədəfləri arasında böyük önəmə sahib olan neft-emalı və neft-kimya inteqrasyasını təmin edəcək və qrup şirkətlərindən biri olan və  Türkiyənin ilk neft-kimya təsisi Petkimin xammaddə ehtiyacının tamamına yaxınını təmin edəcək STAR NEZ yeni iş yerlərinin açılmasına da  töhvə verəcək. Layihənin həyata keçirilmə müddətində 19.500 içşi sayına sahib zavod, İstehsala başladığında 1100 nəfərlik yeni iş yeri təmin edəcəkdir.

03.08.2018 14:17

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ