Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dünən gecə işığın sönməsinin səbəbi məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünən gecə işığın sönməsinin səbəbi məlum oldu

 "Avqustun 4-də gecə saatlarında yenidən enerji sistemin təhlükəsiz fəaliyyəti üçün mühüm rola malik olan 330 kV-luq 1-ci Abşeron və 500 kV-luq 2-ci Abşeron elektrik verilişi xətlərinin mühafizə zolağının Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində yanğın baş verib".

 

Bunu Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

 

Y.Babanlının sözlərinə görə, “Azərenerji”nin Mərkəzi Dispetçer Məntəqəsinin çevik reaksiyası və qabaqlayıcı tədbirləri nəticəsində ölkədə elektrik enerjisi təminatında heç bir problem və fasilə yaranmayıb: "Lakin belə hadisələr ümumilikdə enerji infrastrukturuna ziyan vurur, sistemin dayanıqlılığını pozur və ciddi fəsadlar törədir. Qeyd edək ki, bundan əvvəl belə hadisələr bir sıra problemlərə səbəb olub.

 

Belə ki, avqust ayının 2-də Ağsu rayonunun Ağsu aşırımı adlanan ərazisində sözügedən hava xətlərinin altında törədilmiş yanğın enerji sistemin normal iş fəaliyyətində ciddi problem yaradıb.

 

O cümlədən, iyul ayının 12-də 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndində və Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda hava elektrik verilişi xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın baş verib.

 

Baş vermiş yanğın elektrik enerjisinin ötürülməsi sistemində qəzaya gətirib çıxarıb. “Azərenerji” ASC-nin personalının operativ yanaşması ilə elektrik enerjisi təminatında problemin yaranmasına imkan verilməyib.

 

Əhalidən diqqətli davranmağı və bu məsələdə vətəndaş mövqeyi nümayiş etdirərək, ölkə üçün həyati vacib əhəmiyyət kəsb edən enerjisistemin infrastruktur obyektlərinin mühafizəsində yaxından iştirak etmələrini xahiş edirik".

 

Qeyd edək ki, dünən gecə bir çox ərazilərdə 5 dəqiqə müddətində elektrik enerjisi təminatında fasilə yaranmışdı.

04.08.2018 11:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ