“SOCAR-UNİPER”in Direktorlar Şurasının 4-cü yığıncağı keçirilib
“Azərikimya” İstehsalat Birliyində SOCAR-ın Baş ofisinin və Almaniyanın UNİPER şirkətinin nümayəndələrinin iştirakı ilə “SOCAR-UNİPER” MMC birgə müəssisəsinin Direktorlar Şurasının 4-cü yığıncağı keçirilib.
SOCAR-dan verilən məlumata görə, yığıncaqda Etilen-polietilen zavodunun Buxar-Generator Kompleksinin enerji effektivliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilib, qarşıda duran məsələlər geniş müzakirə olunub.
Yığıncaq iştirakçıları və Sumqayıtda səfərdə olan Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Etilen-polietilen zavodunda olublar. Qonaqlara “EP-300” qurğusunda icra olunan modernizasiya işləri, o cümlədən Buxar-Generator Kompleksinin enerji effektivliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikinti işləri ilə bağlı ətraflı məlumat verilib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl