Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Lirə bu il dəyərinin dörddə birindən çoxunu itirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lirə bu il dəyərinin dörddə birindən çoxunu itirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

"Bluebay Asset Management"in strateqi Timothy Ash, Dollar/Türk lirəsi (TL) məzənnəsinin yüksəliməsinin  təhlükəli bir hal aldığını bildirib. O, ölkənin iqtisadi komandasının təcili hərəkətə keçməsi lazım olduğu barədə xəbərdarlıq edib.

 

"Marja" xəbər verir ki, Türkiyənin sentyabr ayında açıqlanacaq Orta Müddətli Planı gözləyə bilməyəcəyini deyən Ash, bazarlardakı son prosesləri "yol qəzasını izləmək kimi" xarakterizə edib.

 

"TEB Yatırım/BNP Paribas"ın strateqi İşık Ökte, dünən Türk lirəsinin ucuzlaşmasının, ABŞ - Türkiyə ikitərəfli əlaqələrinin pisləşməsindən, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsindən,  Ərdoğanın açıqladığı 100-günlük fəaliyyət planın zəif olmasından və planda dövlət xərclərinin azaldılmasına dair konkret bir irəliləyişin olmamasından qaynaqlandığını söyləyib.
 
 
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA

 

İki ölkənin (ABŞ və Türkiyə) qarşılıqlı sanksiya açıqlamasından sonra bazarlar da həftəyə gərgin başlayıb. TL təkcə dollara qarşı deyil, digər aparıcı valyutalar qarşısında da ucuzlaşıb. Avro/TL məzənnəsi 4.35 faiz yüksələrək 6.23 lirəyə çıxaraq rekord yeniləyib. Sterlinq/TL 3.4 faiz artımla 6.8448, İsveçrə Frankı 3.1 faiz artımla 5.3071 səviyyəsinə görüb. Dünən Dollar/TL-dəki gündəlik artım 4.5%-ə çatıb və məzənnə 5.42 səviyyəsini test edib. Türk Lirəsi dollar qarşısında 2018-ci ilin əvvəlindən bu yana 36% ucuzlaşıb. Lirə bu il dəyərinin dörddə birindən çoxunu itirib.  

 

ABŞ, Türkiyədə cəsusluqda günahlandırılaraq həbs edilmiş Endryu Bransonun azad edilməsini tələb edir. ABŞ, keşiş Endryu Brunson böhranı səbəbi ilə Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq edildiyini açıqlamışdı. Sanksiyaya səbəb olaraq "iki nazirin Brunsonun həbs olunmasındakı rolları" göstərilmişdi.
 

Digər tərəfdən, ABŞ cümə günü Türkiyədə istehsal olunan bəzi məhsulların gömrük vergisi olmadan ABŞ-a idxalına imkan verən GSP proqramında Türkiyənin iştirakını nəzərdən keçirmək qərarı verdiyini açıqlayıb.  Buna əsas olaraq Türkiyənin, ABŞ-ın mart ayında idxal polad və alüminiuma tətbiq etdiyi gömrük vergisinə qarşılıq verməsi göstərilib. Qərar,Türkiyədən ABŞ-a 1.66 milyard dollarlıq mal ixracına təsir göstərə bilər.

07.08.2018 07:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ