Neft Fonduna, VTB-yə qoyduğunu çıxarması üçün 62 il lazımdır
Ötən il Dövlət Neft Fondu (DNF) VTB-dən 402 milyon rubl (6 milyon ABŞ dolları) divident əldə edib. Bunu müsahibəsində fondun icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, DNF indiyədək VTB-dən divident şəklində 1,2 milyard rubl (təxminən 25,3 milyon ABŞ dolları) məbləğində gəlir əldə edib: "VTB öz strategiyasına uyğun olaraq stabil dividentlər ödəməyi üstün tutur. Buna baxmayaraq, divident siyasəti Müşahidə Şurasının tövsiyəsi və səhmdarların ümumi yığıncağının qərarı ilə müəyyənləşdirilir və təbii ki, bu siyasətdə dəyişiklik baş verərsə, buna uyğun olaraq, divident məbləği də dəyişə bilər".
DNF 2013-cü ildə “Bank VTB”nin emissiya etdiyi 500 milyon ABŞ dolları dəyərində səhm alaraq bankın ümumi səhm kapitalında 2,99 faizlik paya sahiblənmişdi. O zaman Rusiya iqtisadiyyatının sabit olmamasını siyasi risklərin mövcudluğunu əsas gətirən bəzi ekspertlər fondun bu addımını tənqidə tutmuşdular. Üç il ötəndən sonra DNF-nin bu investisiyasının ilkin nəticələri bilinir.
Bir sıra iqtisadçılar deyir ki, bu gedişlə DNF-in qoyduğu investisiyanı geri götürməsi üçün 62,5 il lazımdır. Orta illik gəlir 1,6 faiz, aylıq götürəndə 0,13 faizdir. Halbuki daxili bazarda kreditlərin orta illik faizi 25 faizi aşır.
Digər ekspertlər də 500 milyon dollara görə, 6 milyon dividentin çox az olduğunu bildirilər.
© Azadlig.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
1 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl