Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakı üçün böyük sayda avtobus alınacaq - SƏRƏNCAM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı üçün böyük sayda avtobus alınacaq - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhərində avtobus parkının yenilənməsi haqqında" Sərəncam imzalayıb.

 

"Marja" xəbər verir ki, Sərəncama əsasən, 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 47 924 000 (qırx yeddi milyon doqquz yüz iyirmi dörd min) manatı ilkin olaraq Bakı Nəqliyyat Agentliyinə ayrıllb.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir. 

 

Son 3 ildə orta və iri tutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılmışdır.

 

Qeyd olunan istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq daha 300 avtobus alınır.

 

Bir neçə gün öncə Azərbaycanda sərnişindaşıma tarifləri artırılmışdı.

08.08.2018 16:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ