Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan meyvəçiliyində bir ilk –ŞAXTANI AŞAĞI SALACAQ AVADANLIQ QURAŞDIRILACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan meyvəçiliyində bir ilk –ŞAXTANI AŞAĞI SALACAQ AVADANLIQ QURAŞDIRILACAQ

Azərbaycanda ilk dəfə qış mövsümündə sitrus plantasiyası ərazisində şaxtanı 10 dərəcə aşağı salacaq xüsusi avadanlıq quraşdırılacaq.

 

 “Fruit Garden” MMC-nin Lənkərannın Separadi kəndində sitrus bağı salır.

 

“Marja” xəbər verir ki,  şirkətinin Separadi kəndi ərazisində istifadəsiz qalmış torpaq sahəsində ümumi həcmi 7,7 milyon manat olan layihə çərçivəsində limon, mandarin və greypfrut bitkilərindən ibarət sitrus plantasiyası salıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

İş adamı Azər Qurbanov təsərrüfatda ilk mərhələdə görülən işlərə artıq 2 milyon manat vəsait xərcləndiyini, 150 hektar torpaq sahəsinin müxtəlif təyinatlı texnikalarla 2 dəfə şumlanaraq hamarlandığını, xüsusi texnika vasitəsilə cərgələrin hazırlandığını və əkinə başlandığını bildirib. O qeyd edib ki, əkin üçün Türkiyədən hələlik 92 min ədəd ting gətirilib. İndiyə qədər 10 hektar sahədə ağac əkini həyata keçirilib. Yeni əkilən ağacların damcı üsulu ilə suvarılmasından ötrü Türkiyə şirkəti tərəfindən təsərrüfatda suvarma qurğuları quraşdırılıb. Boyu 0,7-1 metr olan tinglər qidalı torpaqla doldurulmuş polietilin dibçəklərdə becərildiyindən onların yanma ehtimalı çox azdır. Respublikada ilk dəfə dəyəri 2 milyon 200 min dollar olan, qış mövsümündə sitrus plantasiyası ərazisində şaxtanı 10 dərəcə aşağı salacaq “Donqoruyan Pərvanə” (“Frost Guard”) tipli xüsusi avadanlıq quraşdırılacaq.

 

Bundan əlavə, şirkət rayonun Şağlaser kəndində Türkiyədən gətirilmiş məhsuldar qoz tinglərindən 4 hektarda bağ salıb. Hazırda təsərrüfatda 120 nəfər yerli sakin çalışır, yaxın gələcəkdə sitrus bağları 500 hektara çatdırılacaq və daha 300 yeni iş yeri yaradılacaq. Hazırda oraya yeni yollar çəkilir, zəruri infrastruktur yaradılır

09.08.2018 05:50

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ