Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

LiAZ Azərbaycana avtobus satacağına ümid edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
LiAZ Azərbaycana avtobus satacağına ümid edir

Rusiyanın Likino avtobus zavodu (LiAZ, “QAZ Qrupu”na daxildir) Azərbaycana avtobus tədarükünə başlamağa ümid edir. Bunu “QAZ Qrupu”nun korporativ satışların inkişafı üzrə direktoru Nikolay Odintsov deyib.

 

Reklam_3_11

"11-13 iyun tarixlərində Bakıda nəqliyyat sərgisi keçirilib və biz onun yekunları üzrə Azərbaycana avtobus tədarükünə dair bir neçə müqavilə imzalamağa ümid edirik", - deyə o, mosreg.ru portalına müsahibəsində bildirib.

 

Direktorun sözlərinə görə, LiAZ hər il 2,5 min ədədə yaxın avtobus istehsal edir. Zavodun məhsullarının 10%-ə qədəri MDB ölkələrinə, ilk növbədə isə Qazaxıstana ixrac edilir.

 

"Keçən il biz Almatıya 300 ədədə qədər avtobusun tədarükü ilə bağlı keçirilən tenderin qalibi olduq. Bu il də MDB ölkələri ilə əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, Şərqi Avropaya tədarüklə bağlı müəyyən planlarımız var, biz Avro-6 səviyyəli avtobusların sertifikatlaşdırılmasını həyata keçirmişik», -deyə N.Odintsov qeyd edib.

 

Prezident İlham Əliyev avqustun 8-də avtobus parkının yenilənməsi və 300 ədəd sərnişin avtobusunun alınması məqsədilə dövlət büdcəsindən Bakı Nəqliyyat Agentliyinə 47 mln. 924 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© İnterfaks-Azərbaycan

09.08.2018 14:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ