Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Naxçıvanda soyuducu anbarlara 3 min tona yaxın məhsul qəbul olunub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvanda soyuducu anbarlara 3 min tona yaxın məhsul qəbul olunub

İyun ayından etibarən Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanılması və satışı üzrə müasir soyuducu anbarlara meyvə və tərəvəzin qəbulu aparılır.

 

Reklam_3_11

Muxtar respublikanın İqtisadiyyat Nazirliyindən bildirilib ki, kənd təsərrüfatı üzrə ixtisaslaşmış sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə avqustun 1-dək soyuducu anbarlara tələbatdan artıq istehsal edilmiş 2942,12 tona yaxın məhsul qəbul olunub. Bunun 2875,83 tonu kartof, 4,28 tonu soğan, 27 tonu ərik, 14,23 tonu alma, 0,2 tonu sarımsaq, 13,35 tonu kələm məhsuludur. Hazırda sоyuducu аnbаrlаr tərəfindən kartof 25-40, soğan 25-35, alma isə 50-80 qəpiyə tədarük edilir.

 

Yerli investisiyalar əsasında muxtar respublikada soyuducu anbarların ümumi tutumu 14 min 245 tona çatdırılıb. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı artırmağa imkan verir. Eyni zamanda, anbarların hər biri yeni iş yerlərinin açılması ilə yanaşı, əhalinin meyvə-tərəvəz məhsullarına tələbatının bütün fəsillərdə yerli istehsal hesabına ödənilməsində mühüm rola malikdir.

 

Naxçıvanda sahibkarlığın yeni mərhələyə qədəm qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrində innovasiyaların tətbiqi genişlənir. Belə gəlirli sahələrdən biri də istixana kompleksləridir. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir, yeni istixana kompleksləri yaradılır. Hazırda muxtar respublikada 129 min 162 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 22 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ilin ötən dövrü ərzində Şərur rayonunun Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlova istixana təsərrüfatını genişləndirmək üçün 50 min manat həcmində maliyyə dəstəyi göstərilib.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

Bu il istixana komplekslərində yetişdirilən 358 ton tərəvəz məhsulları istehlak bazarını davamlı təchiz edib.

 

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin laboratoriyası tərəfindən sоyuducu anbarlara tədarük olunan və istixana komplekslərində yetişdirilən məhsullardan 35 halda orta nümunələr götürülərək keyfiyyət göstəriciləri təhlil edilib, 704 halda səyyar laboratoriya yoxlamaları aparılıb və göstəricilərin normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

 

Muxtar respublikada bu kimi məsələlərin vacibliyinin lazımınca qiymətləndirilməsinin nəticəsidir ki, aqrar sahədə müsbət irəliləyişlər əldə olunub və bu istiqamətdə işlər uğurla davam etdirilir.

09.08.2018 14:17

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ