Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bir neçə bank da Dolları cüzi bahalaşdırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bir neçə bank da Dolları cüzi bahalaşdırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin milli valyutalarının ucuzlamasının təsiri ilə Azərbaycan Manatı üzərində spekulyativ təzyiq yaranıb.

 

“Marja” xəbər verir ki, ABŞ və Türkiyə arasında əlaqələrin pisləşməsindən sonra 5 Türk lirəsini keçən Dollar bu gün də 3,5% bahalaşaraq 5.74 lirəyə yaxınlaşıb.

 

ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyinin gözlənilməsi ilə Rusiya Rublu da ucuzlaşır. Dünən birjda Rusiya Rublu Dollar qarşısında 1% dəyərdən düşüb. Dollar/Rubl məzənnəsi 66.65 səviyysinə qalxıb. Banklarda Dollar 67 rubldan da baha satılıb. Rusiya valyutası Dollar qarşısında sonuncu dəfə 2016-ci ilin noyabrında bu səviyyələrə düşmüşdü.

 

“Marja”nın məlumatına görə, rəsmi məzənnə dəyişməsə də, Azərbaycanda banklarda Dolların cüzi də olsa bahalaşması müşahidə olunur. Məsələn, dünən ilə müqayisədə, dolların satış qiymətini “Nikoil Bank” 1.7020 manatdan 1.7030 manata, “Bank Avrasiya” 1.7020 manatdan 1.7030 manata, “Günay Bank” 1.7020 manatdan 1.7030 manata, “Bank Silk Vey” 1.7025 manatdan 1.7030 manata, Azərbaycan Sənaye Bankı 1.7010 manatdan 1.7020 manata qaldırıblar. Dünən də bir çox bank dolları bahalaşdıraraq satış qiymətini 1.7030 manata qaldırmışdılar. Bir neçə gün öncə banklardan 1.7005-1.7010 manatdan Dollar almaq mümükün idi.


Satış qiymətlərinə paralel olaraq Dolların alış qiymətlərində də artım var.

 

HƏRRACLARDA DOLLARA TƏLƏBİN AZ OLDUĞU BİLDİRİLİR

 

Banklarda Dollar bahalaşma meylində olsa da, Mərkəzi Bankda keçirilən hərraclarda satışa çıxarılan bütün valyutanın alınmadığı bildirilir. Bank dairələrindəki mənbədən verilən məlumata görə, dünən hərracda 70 milyon dollarlıq təklifə qarşı tələb 41,2 milyon dollar təşkil edib. Əvvəlki hərracda da tələb (57,2 milyon dollar) təklifdən (70 milyon dollar) az olmuşdu. Beləliklə, bir həftə ərzində 140 milyon dollar təklifə qarşı tələb 98,4 milyon dollar təşkil edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qeyd edək ki, bu ilin Aprel ayında da Manata spekulyativ hücum olmuş və Mərkəzi Bank bu hücumu dəf etmişdi.

10.08.2018 08:15

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ