Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tikintidə ən çox qanun pozuntusuna yol verən rayonlar açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tikintidə ən çox qanun pozuntusuna yol verən rayonlar açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev rəhbərlik etdiyi qurumla Şəhərsalma və Arxitektura Komitəsi arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimində 6 il (2012-2018) ərzində qanunsuz tikililərlə bağlı statistikanı açıqlayıb. 

 

Reklam_3_11

K.Əliyev bildirib ki, 6 il ərzində bu sahə ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı 61 nəfər, təqsirləndirilən şəxslərin sayı isə 89 nəfər olub.

 

O qeyd edib ki, bu işlər üzrə zərərçəkmiş şəxslərin sayı 4072 nəfər, dəymiş ziyanın cəmi məbləği isə 111 625 710 manat olub: “Bu məbləğdən 48 milyon 820 min 28 manat ödənilib, 29 milyon 691 min 397 manatlıq əmlak üzərinə həbs qoyulub”.

 

K.Əliyev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında istintaq edilən cinayət işlərinin sayı 16, təqsirləndirilən şəxslərin sayı 20, zərərçəkmiş şəxslərin sayı isə 812-dir: “Bu şəxslərə dəymiş ziyanın məbləği 40 milyon 399 min 365 manat, ödənilən ziyanın cəmi məbləği 30 milyon 60 min 824 manat, üzərinə həbs qoyulan əmlakın dəyəri isə 6 milyon 12 min 367 manatdır".

 

İdarə rəisi tikinti sahəsi ilə bağlı ən çox qanun pozuntusuna yol verən rayon adlarını da açıqlayıb. O deyib ki, cinayət işləri ən çox Xətai və Yasamal rayonları ilə bağlıdır, digər rayonlar isə Nərimanov, Binəqədi, Suraxanı, Abşeron, Nəsimi və Qaradağdır.

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Report

10.08.2018 08:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ