Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bankdan dolların bahalaşmasına münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bankdan dolların bahalaşmasına münasibət

 Azərbaycan Mərkəzi Bankı Türkiyə və Rusiyanın milli valyutalarının dəyərdən düşməsi, bəzi yerli bankların ABŞ dollarının satış məzənnəsini artırması fonunda manatın məzənnəsinin gələcək perspektivi ilə bağlı  açıqlama verib.

 

Reklam_3_11

Qurumun sözçüsü Namiq Əliyev sorğuya cavab olaraq bildirib ki, Azərbaycanın valyuta bazarındakı vəziyyətə - manatın məzənnəsinə təsir edən başlıca fundamental amil tədiyyə balansının durumudur.

 

“Faiz dəhlizinin parametrlərinə dair avqustun 1-də açıqladığımız məlumatda da qeyd olunub ki, ölkənin tədiyyə balansının göstəricilərinin yaxşılaşması cari ildə də davam etməkdədir. Ticarət balansındakı irihəcmli müsbət saldo hesabına cari əməliyyatlar balansı profisitlidir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin bahalaşması cari ildə ixracın sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da müsbət proseslər davam edir. Turizm xidmətləri üzrə müsbət saldo qorunur. Bundan başqa, ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə edilir. Xarici valyuta daxilolmalarının artması şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini rəsmi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər. Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi mövcud əlverişli makro-iqtisadi mühitdə sabit vəziyyətdədir”, - deyə o, qeyd edib.

 

"BAHALAŞMA PİSİXOLOJİ AMİLLƏ İZAH OLUNA BİLƏR"

 

“Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına gəldikdə isə, qeyd etmək istəyirəm ki, AMB tərəfdaş ölkələrin valyuta bazarlarındakı vəziyyəti daima izləyir. Ümumilikdə tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikası da göstərir ki, ilin ötən dövründə Azərbaycanın milli valyutasının qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv mezennesi ve nominal effektiv məzənnəsi möhkəmlənib. Bütün bunlar göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi artırıbsa, bu, yalnız psixoloji amillə izah oluna bilər”, - deyə AMB rəsmisi fikrini tamamlayıb. 

 

ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ

 

© Report

10.08.2018 13:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ