Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qatarlarda elektron plastik ödəniş kartları tətbiq ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qatarlarda elektron plastik ödəniş kartları tətbiq ediləcək

Qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə 13.08.2018-ci  il tarixdən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları  tətbiq ediləcəkdir.

 

Yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait  kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.

 

Elektron plastik ödəniş kartlarını Bakı-sərnişin, Biləcəri, Xırdalan, Sumqayıt stansiyalarının bilet kassalarında əldə etmək olar.

 

Elektron plastik ödəniş kartları biznes-klass vaqonlarda gediş zamanı müvəqqəti olaraq tətbiq edilmir. Biznes-klass vaqonu ilə səfər edəcək sərnişinlər bilet kassalarından və ya köşklərdən gediş sənədini (bileti) əldə etməlidirlər.

 

Qeyd edək ki, gediş kartından istifadə qaydaları ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin www.ady.az saytında tanış olmaq olar.

13.08.2018 07:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ