Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldular

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Dərs evi” yay proqramının iştirakçıları Kapital Bank-da qonaq oldular

(®) Gənclərin inkişafına və təhsilə böyük önəm verən Kapital Bank, “Dərs evi” yay proqramının iştirakçıları üçün bankın İnsan Kapitalı Mərkəzində təlimlər təşkil edib. Proqram çərçivəsində 8-11-ci sinif şagirdləri biliklərini möhkəmləndirməklə yanaşı, həm də gələcək peşələri və əmək bazarında olan iri bankla tanış olublar.

 

Reklam_3_11

Görüş zamanı Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova şagirdləri salamlayaraq, onlara proqramı uğurla bitirməyi arzulayıb. Təlim və İnkişaf şöbəsinin hazırladığı təlim proqramı zamanı, şagirdlərə Azərbaycanın bank sistemi, bankların iqtisadiyyatda rolu, bankda aparılan əməliyyatlar, ön ofis və arxa ofis haqqında məlumatlar verilib və onların sualları cavablandırılıb.

 

Layihə çərçivəsində həmçinin iş sahəsi ilə vizual tanışlıq məqsədilə bankın filialına info-tur təşkil edilib və şagirdlər filial şəbəkəsinin fəaliyyət sahələri üzrə məlumatlar verilib.

 

Qeyd edək ki, Kapital Bank daim gənclərlə bağlı olan təhsil və karyera layihələrinə böyük diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur.

 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

13.08.2018 08:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ