Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dünya Bankından "blockchain" ilə istiqraz buraxılışı qərarı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankından "blockchain" ilə istiqraz buraxılışı qərarı

"Blockchain" texnologiyasının istifadəsi gündən-günə genişlənməyə davam edir. Son olaraq, Dünya Bankı, "blockchain" platforması üzərindən istiqraz emissiya edəcəyini açıqlayıb. Qurum sözügedən buraxılış ilə bağlı Avstraliya bankı "Commonwealth Bank of Australia"ya (CBA) səlahiyyət verdiyini bildirib.
 

"Marja" xəbər verir ki, Dünya Bankından bildiriblər ki, "blockchain"in çoxlu sayda kapital bazarı vasitəçilərini və bu vasitəçilər arasındakı prosesləri nizama salmaq potensialına malikdir. Bu vəziyyətin, kapitalın artırılması və alış-veriş məqsədli qiymətli kağızlara dair prosesləri sadələşdirməyə yardım edəcəyi qeyd edilib. Bunlar ilə yanaşı, bu texnologiyanın istifadəsinin operativ məhsuldarlığı artırmaq və hüquqi nəzarəti inkişaf etdirməyə də kömək edəcəyinə diqqət çəkilib.
 
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 
CBA ilə ilk "blockchain" texnologiyasına əsaslanan istiqraz buraxılışını həyata keçirməyə hazır olduqlarını bildirən Dünya Bankının Maliyyə İşlər Meneceri Arunma Oteh, CBA-ın öhdəlikləri və layihədəki digər tərəfdaş olan "Microsoft"un təcrübəsinin bu tarixi dönüş nöqtəsinə çatmaqda yardım etdiyini qeyd edib. Həmçinin Oteh, bu üsulun, daha çox səmərəlilik, şəffaflıq və daha tutarlı emissiya prosesləri üçün nümunə olacağını da sözlərinə əlavə edib.

13.08.2018 08:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ