Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Tonqal” restoranında 13 nəfər zəhərləndi - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Tonqal” restoranında 13 nəfər zəhərləndi - AÇIQLAMA

11.08.2018-ci il tarixində  Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılmış, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılmışdır. Bu barədə "Marja"ya Agentlikdən daxil olmuş açıqlamada deyilir.

 

İlkin məlumatlara əsasən, axşam saat 20:00 radələrində “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş vermişdir. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib.

 

Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülmüş və aidiyyatı üzrə laboratoriyaya göndərilmişdir. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olmuşdur.

 

Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılmış, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının  pozulduğu müəyyən olunmuş  və faktla bağlı  protokol tərtib edilmişdir.

 

Araşdırmalar davam etdirilir, araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

 

13.08.2018 08:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ