Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Gəncədə terror planlayan şəxs məhv edildi - Aşurada imamı öldürəcəkdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gəncədə terror planlayan şəxs məhv edildi - Aşurada imamı öldürəcəkdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Gəncə hadisələrinin iştirakçısı, 1989-cu il təvəllüdlü Rəhimov Muraz Çapay oğlunun saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 2018-ci il avqustun 10-da Sumqayıt şəhərində həyata keçirilən əməliyyat tədbiri zamanı o, silahlı müqavimət göstərdiyindən məhv edilib.

 

Reklam_3_11

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib. Radikal dini cərəyanlara meylli Muraz Rəhimov 2012-ci ildə Bakı şəhərində keçirilmiş “Evrovision” mahnı müsabiqəsi öncəsində paytaxtda partlayış törətmək niyyətində olub. Həmin dövrdə onun yaşadığı mənzildən qumbara aşkar olunduğuna görə o məhkum edilib.

 

M. Rəhimov cəzaçəkmə müəssisəsində olarkən qadağan olunmuş əşya saxladığına görə yenidən cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunub.

 

O, cəzaçəkmə müəssisəsində olarkən “Müsəlman Birliyi Hərəkatı”na qoşularaq daha aqressiv mövqe göstərməyə başlayıb.

 

Muraz Rəhimov 10 iyulda Gəncə şəhərində törədilmiş iğtişaşlarda iştirak etdikdən sonra həbs olunmamaq üçün paytaxta gəlmiş, müxtəlif ünvanlarda kirayədə yaşayaraq gizlənib.

 

Müəyyən edilib ki, Muraz Rəhimov 2018-ci il Aşura mərasimi dövründə Gəncə şəhərinin imamını və polis əməkdaşlarını öldürməyi planlaşdırıb.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Qafqazinfo"

13.08.2018 10:35

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ