Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Almaniyadan Türkiyəyə dəstək mesajları

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyadan Türkiyəyə dəstək mesajları
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Türk Lirəsinin kəskin ucuzlaşmasından sonra Türkiyənin ən mühüm ticarət tərəfdaşlarından biri olan Almaniyadan dəstək mesajları verilib. Almaniyanın Baş naziri Angela Merkel, Türkiyənin rifahının yüksək görmək istədiklərini bildirib. Almaniyanın hökumət sözçüsü, İqtisadiyyat Nazirliyinin sözçüsü və Maliyyə Nazirliyinin nümayəndəsi də oxşar fikirlər bildiriblər.
 

"Marja" xəbər verir ki, Merkel Türkiyədəki vəziyyət ilə bağlı açıqlama verib.
 

Reklam_3_11

Türkiyənin rifah içərisində olduğunu görmək istədiklərini dilə gətirən Merkel, "Türkiyəndə sabitliyin pisləşməsində marağımız yoxdur" deyib.
 

Merkel, həmçinin Mərkəzi Bankın müstəqilliyinin mühüm olduğunu qeyd edib.
 

Almaniyanın Hökumət sözçüsü Steffen Seibert, Türk iqtisadiyyatının sabitliyinin Almaniyanın xeyrinə olacağını bildirib və Türkiyədəki vəziyyəti Berlinin yaxından izlədiyini qeyd edib.
 

Seibert, mətbuat konfransında, Türkiyədəki vəziyyətin Almaniya şirkətlərinə necə bir iqtisadi təsir edəcəyi barədə şərh vermək istəmədiyini deyib.
 
 
 TİCARƏT HƏCMİ 37,7 MİLYARD AVRODUR

 

Almaniyanın İqtisadiyyat Nazirliyinin sözçüsü Beate Baron isə, Almaniyanın Türkiyənin ən mühüm ticarət tərəfdaşı olduğunu bildirib, iki ölkə arasındakı ticarət həcminin ötən il 37,7 milyard avro olduğunu qeyd edib.

 

"İZLƏYİRİK, ANALİZ EDİRİK"
 

Almaniyanın Maliyyə Nazirliyinin sözçüsü Jannette Schwamberger də Türkiyədəki proseslərin G20 üzvləri arasında müzakirə olunub olunmayacağı və ya bir toplantı keçirilib keçirilməyəcəyinə dair suala, bu məsələdə bir məlumatının olmadığını deyib.
 

Schwamberger, pul vahidi və maliyyə sabitliyinə dair məsələlərin müvafiq qurumlar tərəfindən izləndiyini və analiz edildiyini bildirib

13.08.2018 16:06

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ