Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Avro və funt üzrə proqnozlar - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro və funt üzrə proqnozlar - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün beynəlxalq valyuta birjalarında güclü dalğalanmalara təsir edə biləcək önəmli məlumatların açıqlanması öncəsi avro və funt üzrə proqnozlar.



Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.14$ ətrafında ticarət edilməkdədir. Lakin Avropada siyasi və iqtisadi risklərin aktuallığı, avronun daha da ucuzlaşa biləcəyi proqnozlarına əsas verir. Beləliklə, məzənnə 1.1370$-ı da aşağı istiqamətdə qırarsa, 1.1292 və 1.1192$-a kimi də ucuzlaşa bilər.

 

GBP/USD məzənnəsi də təzyiq altındadır. Burada ölkə valyutasına mənfi təsir edən amil daha çox Breksit fonunda risklərin artmasıdır. Hal-hazırda 1.28$-ın altında ticarət edilən funtun, 1.2710$-ı da aşağı istiqamətdə qırarsa, 1.2590$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:30 və 13:00-da müvafiq olaraq dərc ediləcək İngiltərənin əmək bazarı və inflyasiyası, Avrozonanın isə iqtisadi inkişafı ilə bağlı önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

14.08.2018 06:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ