Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bu əskinaslar "best seller" oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu əskinaslar "best seller" oldu

Karl Marksın doğum yeri Trierin, Marksizmin atasının 200-cü doğum günü şərəfinə çıxardığı "0 avro"luq xatirə pulları "best seller" olub. Qiyməti 3 avro olan əskinaslardan bu günə qədər 100 mindən çox satılıb.


 

Trier, Almaniyanın ən qədim şəhəri olmaqla ilə bərabər, ən məşhur filosoflardan biri olan Karl Marksın doğum yeri kimi də tanınır. Trierin 5 May 2018-in Marksizmin atasının 200-cü doğum günü olması şərəfinə çıxardığı xatirə pulları, şəhərə xeyli pul qazandırıb.
 

"Marja" xəbər verir ki, politoloq və iqtisadçı Karl Marksın şəklinin olduğu "0 avro" yazılmış əskinasların biri 3 avrodan satışdadır. Dünən satılan Marks pulunun sayının 100 mini keçdiyi açıqlanıb.
 

BU QƏDƏR POPULYAR OLMASINI HEÇ KİM GÖZLƏMİRDİ
 

Şəhərin turizm və marketinq nümayəndəsi Hans-Albert Beyker, Marks valyutasını turistlər qədər kolleksiyaçıların da aldığını bildirib.
 

Beyker, "keyfiyyətli kağızda, bənövşəyi, həqiqi seriya nömrəli banknotların kimsə bu qədər populyar olacağını gözləmirdi. Amma xatirə və hədiyyə olunan pullar arasında ən çox satılana çevrildi" deyib.. 
 

ƏN ÇOX ÇİNDƏN SATIN ALINIB
 

40-dan artıq ölkəyə satdıqları əskinasların ən çox Asiyada asanlıqla satıldığını bildirən Beyker, "Sadəcə 30.000-ini Çinə satdıq" məlumatını verib. Marks, Çində hakimiyyətdəki Kommunist Partiyanın ideoloji rəhbəri qəbul edilir.


 
 İNTERNETDƏ DAHA BAHA SATILIR
 

Bir müştəridən 100-dən artıq sifariş aldıqları hallar olduğunu bildirən Beyker, şirkətlərin bunları alıb işçilərinə hədiyyə olaraq paylandığını, ya da bəzi alıcıların bunları internetdə hərraclar vasitəsilə yüksək qiymətlərə satdıqlarını bildirib.
 

Marks valyutasının eBay kimi saytlarda 1000-3000 avro arasında satışa çıxdığını görmək mümkündür.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Xüsusi günlərdə "0 avro" əskinaslarının çıxarılmasının fikirinin atası fransız sahibkar Riçard Failledir. Paris Mint ilə birlikdə dizayn etdiyi hədiyyə medalların  60 milyon ədəd satmasından ruhlanan Faille, 2015-ci ildə orjinalından ayırd etməsi çox çətin olan yüksək keyfiyyətdə hədiyyə olunan əskinas biznesinə başlamışdır.

 

14.08.2018 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ