Türkiyə iPhone üçün nə qədər ödəyib?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "ABŞ-ın elektronika məhsullarına boykot tətbiq edəcəyik. Onların iPhone-u varsa, o biri tərəfdə Samsung var, Venüs var, Vestel var" sözlərindən dərhal sonra Türkiyədə gözlər ağıllı telefon bazarındakı son vəziyyətə çevrilib.
 
"Marja" xəbər verir ki, Apple-ın 2007-ci ildə ilk modelinin çıxardığı iPhone Türkiyədə 2008-ci ilin sonunda satışa təqdim olunub. Aradan keçən müddət ərzində Apple-ın dünya miqyasında iPhone satışları 1.3 milyard ədədi ötüb. Hazırda Türkiyədə isə aktiv olaraq iPhone istifadə edən 10 milyona yaxın insan var.  
 

Araşdırma təşkilatı "Statcounter"ın 2018-ci ilin İyul ayına olan məlumatlarına görə, dünya ağıllı telefon bazarında Apple-ın iPhone ilə 19.4%-lik bazar payı olarkən, ən böyük rəqibi Cənubi Koreyalı Samsung-un payı isə 30.7 faiz səviyyəsindədir.
 

TÜRKİYƏDƏ 16.5 FAİZ BAZAR PAYI VAR

 

Apple-ın iPhone ilə Türkiyədə 16.5 faiz səviyyəsində, qlobal rəqibi olan və Prezident Ərdoğanın da işarə etdiyi Samsung-un Türkiyədəki bazar payı isə 52.7%-ə çatmış vəziyyətdədir.
 

"Statcounter"ın təhlilinə görə, Türkiyədəki mobil qurğu bazarında Samsung və Apple-ın ardınca, 5%-lik pay ilə General Mobile, 5.2% ilə LG, 4.9% ilə Huawei və 2% pay ilə Vestel gəlir.
 
 

İnformasiya Texnologiyaları və Rabitə  Təşkilatının (BTK) 2018-ci il 1-ci Rüb Bazar Məlumatları Hesabatına görə, Türkiyədəki ümumi mobil abunəçilərin sayı 79 milyonu, Türkiyədəki mobil operatorların açıqladığı maliyyə və operativ nəticələrə görə ağıllı telefon istifadə nisbəti isə 70%-i aşmışdır
 

Bu faktlara əsasən Apple-ın 16.5%-lik bazar payı nəzərə alındıqda isə Türkiyədə təxminən 10 milyon istifadəçinin əlində iPhone olduğu ortaya çıxır.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

İldə orta hesabla 12 milyon mobil telefon idxal edən Türkiyə, 2007-2017-ci illər arasında xaricdən ümumilikdə 142 milyon ədəddən artıq mobil telefon idxal edib. Həmin telefonlar üçün 10 ildə ödənilən ümumi məbləğ isə 24 milyard dollara çatır. Apple-ın iPhone modelləri üçün ödənilən ümumi məbləğin isə 7 milyard dolları olduğu güman edilir.
 


Başqa sözlə, istifadəçi üzrə Türkiyədə 16.5%lik payı olan Apple, Türk istehlakçılarının cib telefonu üçün ümumi ödədiyi məbləğdən 29% payı alıb. Bu prosesdə Türkiyə istehlakçıları satın aldıqları hər iPphone üçün dövlətə də 28-30 faiz arasında vergi ödəyib.

14 Avqust 2018 , 17:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin