Ərzaq mağazalarından pul yığan "müfəttiş" həbs edildi
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edən şəxslərlə bağlı cinayət işi başlanıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi əhalinin sağlamlığının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində reallaşdırılan ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilməkdədir.
"Lakin, təəssüflər olsun ki, bəzi şəxslər tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edilərək kiçik və orta sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edib əsassız tələblər irəli sürməklə dövlət orqanının nüfüzuna xələl gətirilməsinə cəhdlər göstərilir.
Belə ki, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət ğöstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrəli və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.
Eyni zamanda bildiririk ki, dövlət orqanların nüfuzuna xələl gətirməyə cəhd göstərən şəxslərin qanunsuz əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq", - məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 31 d. əvvəl
- 36 d. əvvəl
-
5 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
5 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
5 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi