ABŞ-dan Çin və Rusiya şirkətlərinə sanksiya
ABŞ Xəzinə Nazirliyi, Şimali Koreyanın qanunsuz daşımalarını asanlaşdırdığı iddiası ilə, Çin və Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib.
"Marja" CNBC-yə istinadən xəbər verir ki, sanksiya siyahısında Çinin bir logistika şirkəti və Sinqapurdakı filialı və Rusiyanın "Profinet" şirkəti ilə şirkətin baş direktorunun adı yer alır.
ABŞ-ın xəzinə naziri Stiven Mnuçin etdiyi açıqlamada, "Xəzinə Nazirliyi, Şimali Koreyadakı mövcud sanksiyaları tətbiq etməyə davam edəcək. Qanunsuz daşımaları asanlaşdıran və gəlir axını təmin edəcək şirkətləri, limanları və gəmiləri əngəlləmək üçün hərəkətə keçəcək" deyib.
ABŞ Xəzinə Nazirliyinin açıqlamasında, Çinin logistika şirkəti "Dalian Sun Moon Star"ın və Sinqapurdakı "SINSMS" şirkətinin ABŞ və BMT-nin tələblərini pozaraq alkoqol, tütün və siqaret kimi malları Şimali Koreyaya göndərmək üçün saxta nəqliyyat sənədlərini istifadə etdiyi qeyd edilib.
ABŞ Xəzinə Nazirliyinə görə, Şimali Koreya, qanunsuz siqaret ticarətindən ildə bir milyard dollardan artıq gəlir əldə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
13 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 13 saat əvvəl